Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

01-06-2024 , 18:04

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Üçüncü sinif şagirdi  bir saatlıq bələdiyyə sədri seçildi

“Quba rayonu Tüləkəran bələdiyyəsində “1 İyun - Uşaqların Beynəlxalq Müdafiə Günü  maraqlı bir tədbirlə qeyd edilib”- bu fikirləri adıçəkilən bələdiyyənin sədri Rauf Hüseynov deyib.

Sədrin sözlərinə görə, bələdiyyə iclasında qəbul edilmiş qərara əsasən bələdiyyə sədrinin vəzifəsinin icrası simvolik olaraq  üçüncü siniflər üzrə sınaq yoxlama imtanaında ən yüksək bal toplayan Nemətova Zəhra Yunus qızına həvalə edilib.

Şəhid kapitan Mehman Ağayev adına Yenikənd kənd tam orta məktəbinin 3-cü sinif şagirdi olan Zəhra Nemətovanın bələdiyyənin fəaliyyəti barəsində ətraflı məlumat var. Onun anası  Aysel Nemətova həmin məktəbin müəllimi olmaqla həm də Tüləkəran bələdiyyəsinin üzvüdür.

Bir saatlıq fəaliyyət nəticəsində verilən tapşırıq və tövsiyə bələdiyyənin icra aparatı tərəfindən icra olunub, həmdə  uşaqlara hədiyyələr təqdim edilib.

Sədr bildirib ki, həyata keçirilən layihələrə Tüləkəran bələdiyyəsi də öz töhfəsini verməkdədir.

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər